2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 9-cu gününü güclü yağış yağmasına baxmayaraq, 2 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Bərpa prosesi keçən Pavol Farkaş və Dodo komandadan ayrı çalışıb.