AFFA-nın U-15 Liqasının 2013/2014-cü il mövsümünün qalibi “Qəbələ” komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
İdmanxeber.com-un məlumatına görə, turnirin Əsasnaməsinə uyğun olaraq, mövsümü ilk pillədə başa vuran komanda AFFA-nın vəsaiti hesabına ölkə xaricinə təlim-məşq toplanışına göndərilir.