Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Apollon” matçının hakimləri müəyyənləşib
İdmanxeber.com-un məlumatına görə, Bakıda keçiriləcək oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi olacaq Duarte Qomeşə həmyerliləri Luiş Kampoş və Venansio Tome köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Bruno Payxao yerinə yetirəcək.
Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da keçiriləcək.