Topaz Premyer Liqasının ikinci turunda “Araz Naxçıvan”la üz-üzə gələcək “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, dünən günü bir məşqlə yekunlaşdıran komanda məşq boyunca toplu və topsuz çalışmalar yerinə yetirib. Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda tam heyətlə iştirak edib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Qəbələ” – “Araz Naxçıvan” oyunu bazar günü – avqustun 17-də keçiriləcək. Saat 20:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq