Ölkə futbolu

“Qəbələ” azarkeşlərindən “Xəzər Lənkəran”a mesaj – FOTO

Premyer Liqanın 21-ci turunda "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"a 3:2 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, oyuna rəng qatan elə ev sahibi komandanın azarkeşləri oldu. Onlar həm komandaya göstərdikləri dəstəklə və bir sıra maraqlı şüarları ilə yadda qaldılar.

Bu arada "Xəzər Lənkəran"la "Qəbələ" azarkeşləri arasında möhkəm dostluq əlaqələri var. Onlar hər oyunda bir-birilərinə qarşı dostluq nümunəsi olaraq pankartlar açırlar. Bunlardan biri də elə dünənki oyunda açıldı. Pankartın müəllifləri "Qəbələ" azarkeşləri idi. Onlar açdığı bannerdə "Futbol sadəcə oyun deyil,həm də qardaşlıqdır" sözləri yazaraq qarşı tərəfə xoş mesaj göndərdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43