Ölkə futbolu

“Qəbələ” bəyanat yaydı – FOTO

"Qəbələ" klubu Azərbaycan Premyer Liqasında baş verən hakim səhvləri ilə bağlı bəyanat yayıb.

İdmanxeber.com həmin bəyanatı olduğu kimi təqdim edir:

"Qəbələ" İdman Klubu olaraq bəyan edirik ki, klubumuz hər zaman ədalətli hakimlik və şəffaf çempionat tərəfdarıdır. Çempionatın son oyunlarında müşahidə etdiyimiz, turnir cədvəlindəki duruma təsir göstərən hakim səhvlərilə, lehimizə və ya əleyhimizə verilən yanlış qərarlarla qarşılaşmaq istəmirik. Ümid edirik ki, belə səhvlər davamlı olmayacaq və bu günkü oyunlarla sona çatacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43