Gürcüstanın “Dinamo” klubunun baş məşqçisi püşkü dəyərləndirib.
İdmanxeber.com-un məlumatına görə, ilk mərhələdə “Qəbələ” ilə qarşılaşacaq Tblisi təmsilçisinin çalışdırıcısı bunları deyib:
“Rəqibimiz bəlli oldu. “Dinamo” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq. Bilirik ki, rəqib çempionatda 3-cü yeri tutub. Deyə bilərik ki, son zamanlar Azərbaycan çempionatı çox inkişaf edib və bu komanda da üçüncü yeri asanlıqla əldə etməyib. Rəqib komandanın yeni baş məşqçisi və futbolçuları var. Ətraflı məlumat əldə etdikdən sonra rəqib haqqında dnaışmaq olar”.