İdman

“Qəbələ” Cavid Hüseynovla müqavilə imzaladı

“Qəbələ” İdman Klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.

İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir. Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43