22 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” Cavid Hüseynovu “Panatinaikos”la oyun üçün sifariş etdi

“Qəbələ” Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın “Panatinaikos” klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Roman Qriqorçuk bu siyahıda 20 futbolçuya yer ayırıb.

Maraqlıdır ki, bu heyətdə yer alan futbolçular arasında komandanın kapitanı, millimizin yarımmüdafiəçisi Cavid Hüseynov da var. Halbuki o, məlum hadisə ilə bağlı həbs olunub və komandaya kömək edə bilməyəcək. Üstəlik, klub rəhbərliyi də onu qeyri-müəyyən vaxta kimi komandadan uzaqlaşdırdıqlarını açıqlamışdı.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç;

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos;

Yarımmüdafiəçilər: 10. Dodo, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov;

Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.

Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43