Azərbaycan Premyer Liqasının 35-ci turunda istirahət etməli olan “Qəbələ” həmin ərəfədə yoxlama görüşü keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun çalışdırdığı komanda 1-ci divizion təmsilçisi “Neftçala” ilə qarşılaşacaq.
Birinci divizionun çempionu bu gün Qəbələyə yollanacaq. Burada 2 günlük təlim-məşqdə olacaq “Neftçala” mayın 21-də “Qəbələ” ilə qarşılaşacaq.