Ölkə futbolu

“Qəbələ” Cənubi Azərbaycan klubunu darmadağın etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” İranın “Traktorsazi” klubunun əvəzediciləri ilə qarşılaşıb. Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Hər iki komanda görüşə qara sarğı ilə çıxıb. “Qəbələ”nin üstünlüyü ilə keçən oyun əvəzedicilərimizin böyükhesablı qələbəsi ilə başa çatıb. “Qəbələ” rəqibini böyük hesabla məğlub edib – 4:1. “Qırmızı-qaralar”ın qollarını Qədir Bayramlı, Səid İbadov, Rövlan Muradov və Nurlan Quliyev vurublar.

Xatırladaq ki, “Qəbələ”nin əvəzediciləri ilk iki oyunda Albaniyanın “Partizani” (2:6) və Türkiyənin “Manavqatspor” (4:1) klubları ilə qarşılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43