“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb.
I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib. Roman Qriqorçukun komandası əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.
Xatırladaq ki, “Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.