Premyer Liqada ilk dövrəni ikinci pillədə bitirən “Qəbələ” Ruslan Tağızadə transferinin ardından bu yöndə çalışmalarını davam etdirir.
Əyalət komandası hazırda əsas diqqəti yerli futbolçulara yönəldib.
“Qəbələ” Tağızadədən başqa daha iki yerli futbolçu ilə danışıqlar aparır. Həmin transferlərin yaxın günlərdə açıqlanması gözlənilir.