“Qəbələ” İdman Klubunun kollektivi “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.
İdmanxeber.com-un məlumatına görə, klub rəsmi saytı vasitəsi ilə Ağdam təmsilçisinə qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Tvente”ni mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib.