Ölkə futbolu

«Qəbələ» «Dinamo» ilə qarşılaşacaq

“Qəbələ”  Futbol  Akademiyası  mövsümün  ilk  səfərini gerçəkləşdirməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komanda  oktyabrın 23-dən  26-dək Litvanın  paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək. Məqsəd komandanın  hazırlıq  səviyyəsini  daha  da yaxşılaşdırmaqdır.  

Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın  22-də  yola  düşüb.  Turnirin  mükafatı  uğrunda “Qəbələ”  ilə  yanaşı  daha 11  komanda da  mübarizə  aparacaq. Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk”  (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona”  Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq,  Rusiya),  “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.

“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.

“Ateitis Cup” turniri müxtəlif yaş  qrupları  arasında  olmaqla hər  il  keçirilir.  Litvaya  yollanacaq  qrupa  akademiyanın  baş məşqçisi  Halim  Fıçıcı,  komandanın  baş  məşqçisi  Mehman Yunusov,  qapıçı  məşqçisi  Sahil Kərimov,  eləcə  də  20  nəfərlik futbolçu  heyəti  daxildir: Fərman Bayramov,  Sərxan  Osmanov, Rüstəm  Nuriyev,  İzzət  Müştaqov,  Vüsal  Məsimov,  Təbriz İsazadə,  Arsen  Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov,  Eldost  Qiyasbəyli,  Fərid  Quliyev, Məhəmməd Abbaslı,  Qabil Sabirli,  Kamran  Quliyev,  Rəşid Manafov,  Fikrət  Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43