Kateqoriyasız

“Qəbələ” – “Dinamo” matçında anşlaq olacaq

Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq “Qəbələ”ni azarkeşlər yalnız braxmayacaq.

İdmanxeber.com-un məlumatına görə, satışa çıxarılan 4500 biletdən 3000-ni artıq satılıb. Matçın başlama saatına kimi bütün biletlərin satılması, oyunda anşlaq olacağı gözlənilir. 

Qeyd edək ki, “Qəbələ” – “Dinamo” matçı saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43