Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, toplanış çərçivəsində sonuncu – üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə bitib. “Qəbələ” matçın gedişində 4:2 hesabı ilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. Komandanın heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib. Xatırladaq ki, “Qəbələ” ilk matçda İsveçrənin “Dietikon” (4:4), ikinci matçda isə Danimarkanın HB Koge (3:0) kollektivi ilə qarşılaşmışdı.
“Qırmızı-qaralar” bu gün gece saatlarında vətənə dönəcək.