“Qəbələ”dən ayrılan Marat İzmaylov Rusiya Premyer Liqasının yeni mövsümündə ilk qolunu vurub.
İdmanxeber.com-un məlumatına görə, 6 ay “Qəbələ” forması geyinmiş və formaya düşdükdən sonra gedişi ilə əyalət klubunun fanatlarını üzən rusiyalı futbolçu yeni komandası “Krasnodar”da qol hesabını açıb.
Moskva “Spartak” ilə oyunda 4:0-lı qələbə qazanan “Krasnodar” klubunun ilk qolunun müəllifi məhz İzmaylov olub.