Kateqoriyasız

“Qəbələ” “Fənərbaxça” və “Milan”la bacarmadı

Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan Qəbələ təmsilçisi qrupun son matçında “Fənərbaxça” ilə qarşılaşıb. Görüş İstanbul klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Qrupda 6 xal toplayan və növbəti tura – 1/8 final mərhələsinə vəsiqə qazanan “qırmızı-qaralar” bu etapda İtaliya “Milan”ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən “Qəbələ”-“Milan” qarşılaşması ikincilərin 1:0 hesablı  qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Ülfət Mədətovun futbolçuları 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. “Qəbələ” bu çərçivədə sabah “Antalyaspor”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43