26 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” futbolçuları “Çukariçki” ilə oyun haqda nə düşünürlər?

“Qəbələ” bu gun Avropa Liqasının II təsnifat mərhələsi cərcivəsində ilk oyununa cıxır. Komandamız Serbiyada, paytaxt Belqradın 19 kilometrliyində yerləşən kicik Cukaritse şəhərini təmsil edən “Cukariçki” komandası ilə qarşılaşır.

Bəs Serbiya çempionatının bürünc mükafatçısı ilə oyun ərəfəsində düşərgədə ab-hava necədir, futbolçularımız komandamızın qələbə şansını necə dəyərləndirirlər? Bu suallara cavab tapmaq üçün komandamızın təcrübəli futbolçuları Rəşad Sadiqov və “Qəbələ”nin avrokuboklarda doğma meydanda ilk qolunun müəllifi Asif Məmmədova müraciət etdik. Yeri gəlmişkən, Tifl s “Dinamo”su ilə cavab matçından sonar UEFA-nın rəsmi saytı qolu estoniyalı hücumçumuz Sergey Zenyovun vurduğunu yazsa da, sonradan həqiqət öz yerini tutdu.

Asif Məmmədov: “Çukariçki” “Dinamo”dan güclüdür”

Yay fasiləsində “İnter”dən transfer edilən Asif qəzetimizə açıqlamasında qitəmiqyaslı turnirlərdə doğma arenada “Qəbələ”nin ilk qolunun müəllifi olduğuna görə çox sevindiyini bildirib: “Qəbələ”də rəsmi debütüm uğurlu alındı. Əlbəttə, çox sevindiricidir ki, bu tarixi qola azərbaycanlı futbolçu imza atdı. Arif Daşdəmirovun hava ötürməsindən sonra topu baş zərbəsi ilə qapıdan keçirdim. Ola bilər, vaxtilə Ariflə “İnter” də birgə oynamağımız öz sözünü dedi. Güman edirəm ki, yenə də qollar vuracağam. Əvvəllər də, elə “İnter”in heyətində avrokuboklarda yaxşı çıxış etdiyim oyunlar olub. “Dinamo”yla matçı isə karyeramda ən uğurlu oyunlardan biri saymaq olar”.

29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin ilk
oyununa yaxşı hazırlaşdıqlarını bildirib. O, “İnter”də də komanda yoldaşı olduğu serbiyalı müdafiəçi Vojislav Stankoviçdən “Çukariçki” haqda məlumat aldıqlarını söyləyib: “Növbəti rəqibimizlə bağlı komanda yoldaşımız Stankoviçdən, cüzi də, olsa məlumat almışıq. Onun sözlərinə görə, “Çukariçki” yaxşı komandadır, hətta Tiflis “Dinamo”sundan güclüdür. Ümumiyyətlə, Serbiya futbolunun səviyyəsi bəllidir. Bu ölkənin futbolçuları adlı-sanlı Avropa klublarında top qovur”.

Məmmədov Serbiyada azarkeş dəstəyinin çox güclü olduğunu ön plana çəkib: “Buna görə də, bizi çətin sınaq gözləyir. “Çukariçki” tanınmış komanda olmasa da, hazırda Serbiyanın aparıcı klublarındandır. Serbiya çempionatında bürünc mükafata sahib olmaları və ölkə kubokunun finalında çempion “Partizan”a qalib gəlmələri rəqibimizin gücündən xəbər verir”.

Həmsöhbətim futbolçularımızın səfərdən yaxşı nəticə ilə qayıtmağa kökləndiklərini bildirib: “Komandamız son oyunda qalib gəlib. İndi bizdə özünəinam hissi çox güclüdür. Belqradda, ən azından, heç-heçə etməliyik. Ancaq səfərdə qalib gəlməyimiz lazımdır”.

Rəşad Sadiqov: ”Bizi yalnız qələbə maraqlandırır”

Rəşad Sadiqov tarixi qələbədən sonra komandamızda yüksək əhval-ruhiyyə hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, “Qəbələ” avrokuboklarda ilk qələbəsini qazanaraq mərhələ keçsə də, futbolçular eyforiyaya qapılmayıblar: “Hələ ki bir mərhələ keçmişik və bununla eyforiyaya düşmək olmaz. Çalışacağıq ki, bundan da yaxşı nəticə əldə edək və Avropa Liqasında irəliləyək. “Çukariçki” üzərində qələbə qazanmaqla, “Qəbələ”ni daha da irəli aparmaq istəyirik”.

32 yaşlı yarımmüdafiəçinin fikrincə, Serbiya futbolundan söz düşəndə, gözü önünə “Srvena Zvezda”, “Partizan” klubları gəlir: “Ancaq “Çukariçki” də tarixi olan klubdur. Ümumiyyətlə, avrokuboklarda zəif klub olmur. Buna görə də, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamız Qəbələdəki kimi
çıxış etsə, mərhələ keçən tərəf biz olacağıq. Əsas məsələlərdən biri özünəinamı itirməməkdir. Əlbəttə, Roman Qriqorçuk hər zaman olduğu kimi rəqibi yaxşı təhlil edib. O, “Çukariçki”nin zəif və güclü tərəfləri haqda bizə məlumat verib. Rəqib, əsasən, komanda oyunu ilə seçilir. Fərdi planda heç kim nəzərə çarpmır.
Biz qarşıdakı matçda oyunumuzu diqtə edən tərəf olmalıyıq”.

Məmmədov kimi Sadiqov da vaxtilə avrokuboklarda “Partizan”a qarşı oynayıb. Bunu “Neftçi”nin heyətində edən futbolçu Serbiya klubunda texnikalı oyunçuların üstünlük təşkil etdiyini deyib: “Doğrudur, atletik futbola üstünlük verirlər, fiziki gücləri çox olsa da, texnikalı da oynayırlar. Təsadüfi deyil ki, Avropanın hər yerində serb futbolçular çoxdur və yaxşı texnikaya malikdirlər. Məncə, bu baxımdan serbrlərlə oynamaq adama həm də zövq verir. Yəni ingilislər kimi tam atletik futbol oynamadıqlarından, onlara qarşı mübarizə aparmaq məncə, daha rahatdır. Ola bilər ki, hava mübarizələrində “Çukariçki” futbolçularının hansısa üstünlükləri olsun. Ancaq futbol yalnız “ikinci mərtəbədə” oynanılmır. Bizim komanda da matça yaxşı hazırlaşıb. Elə etməliyik ki, serblər fiziki planda bizi üstələməsinlər. Əksinə, biz öz güclü tərəfl ərimizlə onları üstələyək və vətənə yaxşı nəticə ilə qayıdaq. Bu zaman Qəbələdəki oyunda bizə daha rahat olacaq”.

Rəşad Belqraddakı matçda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: “Bu, birmənalı olaraq belədir. Bizi səfər matçında yalnız qələbə maraqlandırır. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik”.

Mehman SÜLEYMANOV, “Qəbələ İK” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43