Antalyada hazırlığlarını davam etdirən “Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, ilk matçında “qırmızı-qaralar” Türkiyə I Liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşıblar və 3:2 hesabı ilə qalib gəliblər.
İkinci oyunda isə saat 19:00-da “Qəbələ”nin rəqibi “Vorskla” (Poltava, Ukrayna) olacaq.
17 iyun
Yoxlama oyunu
16:00. “Qəbələ” (Azərbaycan) – “Adanaspor” (Türkiyə) – 3:2
19:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna)