20 Yanvar 2025
Kateqoriyasız

“Qəbələ” hakimləri döyən futbolçularını qovdu

Mayın 14-də U-16 Liqası”nın 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” (3:3) görüşündə xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun başa çatdıqdan sonra “Qəbələ”nin və eyni zamanda, U-16 milli komandamızın futbolçuları – Aqşin Hüseynov və Murad Qayalı hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstəriblər.

Hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib və qərar qəbul olunub. Qərara əsasən, sözügedən futbolçular transferə çıxarılıblar.

Klub məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda deyili: “İdmanda bu cür hadisələrin əleyhinəyik və daim “Fair play” qaydalarına əməl olunmasını dəstəkləyirik. “Qəbələ” İdman Klubunun məqsədi ölkəmizə layiqli idmançılarla yanaşı, sağlam düşüncəli, intizamlı, tamaşaçıya, hakimlərə, rəqibə və komanda yoldaşlarına hörmət bəsləyən fərdlər yetişdirməkdir. Məhz buna görə də, oyunu idarə edən hakimlər briqadasının üzvlərinə fiziki təsir göstərmiş idmançıların klubumuzda saxlanılmaları klub fəlsəfəsinə tamamilə ziddir. Biz bu hadisəni pisləyir və bildiririk ki, belə xoşagəlməz halların təkrarlanmaması üçün bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik”.

“Qəbələ” İdman Klubu hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin, bütün futbol ictimaiyyətindən üzr istəyir!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43