2014/2015 mövsümünün hazırlıqlarının ilk bölümünü Sloveniyada keçirən “Qəbələ” klubu bu gün təlim-məşq toplanışının ikinci hissəsinin təşkili məqsədi ilə Hollandiyaya yollanıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Arnem bölgəsində məskunlaşacaq “qırmızı qaralar” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.
Dorinel Muntyanunun komandası iyulun 27-i vətənə dönəcək.