Ölkə futbolu

“Qəbələ” ilə matçöncəsi “İnter”də ciddi itkilər

“İnter” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə “Qəbələ”nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər” bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın əsas qapıçısı Səlahət Ağayev zədə səbəbindən meydana çıxa bilməyəcək.

Zaur Svanadze müdafiəçi Abbas Hüseynovun da xidmətindən yararlana bilməyəcək. Zədəsini sağaldan futbolçu hələ formada deyil. Bundan başqa cəzalı olan Tərlan Quliyev də paytaxt təmsilçisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, “Qəbələ” – “İnter” qarşılaşması bu gün saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43