26 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” İsveçrə klubuna uduzmadı

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, “qırmızı-qaralar” birinci matçda  İsveçrənin “Dietikon” (U-16) kollektivi ilə qarşılaşıblar.

Görüşün gedişində 1:3 hesabı ilə geriyə düşən “Qəbələ” yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb – 4:4. “Qəbələ” növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. Təmsilçimiz Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, U-15 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb “Qəbələ”nin ötən il sözügedən aşağı yaş qrupunda çempion olmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43