05 Fevral 2025
Kateqoriyasız

“Qəbələ” İsveçrənin məşhur klubunu darmadağın etdi (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, yanvarın 10-dan Antalyada hazırlıq keçən Roman Qriqorçukun komandası  İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

Bundan əvvəl Almaniyanın aşağı liqa təmsilçisi “Osnabryuk”la heç-heçə (1:1) edən “qırmızı-qaralar”ın bu dəfəki rəqibi zəngin tarixə malikdir. Finlandiya futbolunun əfsanələrindən olan Sami Hyuypiyanın baş məşqçisi olduğu “Sürix” cari mövsümün ilk yarısını uğursuz keçirib. 18 turdan sonra 17 xalı olan komanda 10 iştirakçı arasında 9-cudur. Cari mövsüm UEFA Avropa Liqasında çıxış edən sürixlilər III təsnifat mərhələsində mübarizəni dayandırıb.

20 yanvar

Yoxlama oyunu

19:00.“Qəbələ” – “Sürix” (İsveçrə) 4:0

“Miracle” otelinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43