22 Oktyabr 2024
Kateqoriyasız

“Qəbələ”, “Kəpəz” və “Neftçi”nin Avropa Liqasındakı bütün potensial rəqibləri

Bu mövsüm ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın bütün potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”,  “Neftçi” və “Kəpəz” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

“Neftçi” və “Qəbələ” səpələnmişlər səbətində yer alacaq ki, bu da komandalarımızın nisbətən asan rəqiblərlə düşəcəyi deməkdir.

Digər təmsilçimiz “Kəpəz” isə səpələnməmişlər səbətində qərarlaşacaq. Buna görə də püşk Gəncə klubunu çətin rəqiblərlə üz-üzə qoyacaq.

Püşkatma iyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab qarşılaşmaları  iyulun 7-də keçiriləcək.

Səpələnmişlər: “Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), HİK (Finlandiya), “Dinamo” (Minsk, Belarus), “Omoniya” (Kipr), “Neftçi” (Azərbaycan), AEK (Kipr), AİK (İsveç), “Slovan” (Slovakiya), “Videoton” (Macarıstan), “Aktobe” (Qazaxıstan), “Voyvodina” (Serbiya), “Şaxtyor” (Belarus), “Spartak” (Slovakiya), “Brondbü” (Danimarka),  “Höteborq” (İsveç), “Debretsen” (Macarıstan), “Harts” (Şotlandiya), “Ventspils” (Latviya), “Admira” (Avstriya), “Lokomotiv” (Xorvatiya), “Reykyavik” (İslandiya), “Dila” (Gürcüstan), “Aberdin” (Şotlandiya),  “Odd” (Norveç), “Qəbələ” (Azərbaycan), “Rabotniçki” (Makedoniya), “Vaduz” (Lixtenşteyn), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Şemrok Rovers”, “Sent Patriks” (hər ikisi İrlandiya), “Zaqlebiye”, “Krakoviya” (hər ikisi Polşa), “Linfild” (Şimali İrlandiya), “Daçiya” (Moldova), “Beytar” (İsrail), “Stabek” (Norveç), “Kukesi” (Albaniya), “Çukariçki” (Serbiya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Pünik” (Ermənistan), “Zimbru” (Moldova), “Breydablik” (İslandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Beroe” (Bolqarıstan), “Domjale” (Sloveniya),

Səpələnməmişlər: “Ordabaşı” (Qazaxıstan), “Fola” (Lüksemburq), “Kliftonvill” (Şimali İrlandiya), “Rudar” (Monteneqro), “Torshavn” (Farer adaları), Qoritsa” (Sloveniya), “Çixura” (Gürcüstan), “Şirak” (Ermənistan), “Buduçnost” (Monteneqro), “Kəpəz” (Azərbaycan), “Birkirkara” (Malta), “Şkendiya” (Makedoniya), “Vikinqur” (Farer adaları), “Slaviya” (Bolqarıstan), MTK (Macarıstan), “Hiberniians” (Malta), “Spartak” (Slovakiya), “Suduva” (Litva), “Jeness”, (Lüksemburq), “Rovaniemi” (Finlandiya), “Yelqava” (Latviya), “Teuta” (Albaniya), “Zarya” (Moldova), “Valyur” (İslandiya), “Mariehamn” (Finlandiya), “Lusitanos” (Andorra), “Atlantas” (Litva), “Samtredia” (Gürcüstan), “Spartak” (Latviya), “Partizani” (Albaniya), “Banants” (Ermənistan), “Runavik” (Farer adaları), “Trakai” (Litva), “Sloboda”, “Radnik” (hər ikisi Bosniya və Herseqovina), “Qlenavon” (Şimali İrlandiya), “Kork Siti” (İrlandiya), “Fiorita” (San Marino), “Bala Taun” (Uels), “Sileks” (Makedoniya), “Santa Koloma” (Andorra), “Bokelj”,  (Monteneqro), “Baltsan” (Malta), “İnfonet” (Estoniya), “Folqor” (San-Marino), “Europa” (Cəbəllütariq), “Landudno”, “Konna Kvey” (hər ikisi Uels), “Priştina” (Kosovo)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43