Ölkə futbolu

“Qəbələ” Kiyev “Dinamo”su ilə üz-üzə

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar” son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşü olacaq. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan – 0:2) və “Ludoqorets”ə (Bolqarıstan – 0:2) məğlub olub.

4 iyul

Yoxlama oyunu

20:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43