Premyer Liqa

“Qəbələ” legioneri ilə yolları ayırdı

“Qəbələ” klubu futbolçusu Sergey Zenyovla yolları ayırıb.

Bu barədə Qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. O, bildirib ki, müqaviləsi başa estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.

Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ”yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.

Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ  yekun qərar verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43