İdman

“Qəbələ” millimizin üzvü ilə yolları ayırdı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubunda növbəti ayrılıq reallaşıb.  

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Alen Askerovla yolları ayırıb.

Ötən yay komandaya cəlb olunan yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmamasına qərar verilib.  Alen “Qəbələ”ni tərk edən 5-ci  futbolçu olub. Bundan öncə Filip Ozobiç, Ruslan Qurbanov, Elvin Məmmədov, Dion Malone və Vitali Vernidub əyalət təmsilçisindən göndərilib.

Qeyd edək ki, Alen Askerov “Qəbələ”yə Xorvatiyanın “Noviqrad” klubundan cəlb olunmuşdu. Onun ilk klubu Rusiya “Mordoviya”sı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

DÇ-2018: Xorvatiya və Rusiya 1/4 finalda

admin

Çempionlar Liqası: Gecədə 33 qol vuruldu, bütün 1/8 finalçılar bəlli oldu

admin

Romalılar üçün maraqsız olan “Roma” – “Qarabağ”

admin