Premyer Liqa

“Qəbələ” mövsümdə ilk qolunu buraxdı

"Qəbələ" 2016/2017-ci illər mövsümündə ilk qolunu buraxıb.

İdmanxeber.com xəbər verir ki, Roman Qriqorçukun komandası Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "İnter"lə matçda qapısında qol görüb. 47-ci dəqiqədə Ağabala Ramazanov Dmitri Bezotosnın məyus edib.  
 
Xatırladaq ki, "Qəbələ" 7 oyundan sonra rəqib qapılarından 19 top keçirmişdi. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43