16 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” “Neftçi” ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının IX turunda doğma meydanda “Neftçi”ni qəbul edəcək “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, ötən gün baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. Məşqdə hazırda bərpa prosesi keçən Rail Məlikov və yüngül zədəsi olan Omar Kalabane iştirak etməyib.

Xatırladaq ki, “Qəbələ” – “Neftçi” oyunu oktyabrın 4-də, saat 16:00-da start götürəcək. Matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43