Topaz Premyer Liqasının VI turu çərçivəsində sentyabrın 21-də Qəbələdə “Neftçi” ilə üz-üzə gələcək “qırmızı-qaralar” matçın hazırlıqlarını doğma məkanda davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, ötən turdan (“Simurq”-“Qəbələ” 1:2) sonra bir gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn “qırmızı-qaralar” sentyabrın 16-dan məşq prosesini bərpa edib. Məşqlərdə zədəsi olan Volodimir Levin və Dodo iştirak etmirlər.