19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.
Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaqlar.
Toplanışlara dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Ağaseyid Qasımov – “Qarabağ”
Fəhmin Muradbəyli – “Neftçi”
Sənan Əlizadə – “Neftçi”
Mirkamil Həşimli – “Neftçi”
Təyyar Məmmədov – “Bakı”
Mədətov Mahir – “Bakı”
Renat Ağaverdiev – “Bakı”
Bəhlul Mustafazadə – “Qəbələ”
Emin Zamanov – “Qəbələ”
Yusif Nəbiyev – “Qəbələ”
Ayxan Əsədov – “Qəbələ”
Qismət Əliyev – “Qəbələ”
Elnur Süleymanov – “İnter”
Mansur Nahavəndi – “İnter”
Ülvi İbazadə – “İnter”
Məhəmməd Məmmədov – “İnter”
İlkin Sadiqov – “İnter”
Budaq Nəsirov – “Sumqayıt”
Fərid Kərimzadə – “Sumqayıt”
Turan Hüseynzadə- “Xəzər Lənkəran”
Vadim Ağarəhimov – “Zenit” (Sankt-Peterburq, Rusiya)
Elgün Uluxanov – CSKA (Moskva, Rusiya)
Qeyd edək ki, Qismət Əliyev (“Qəbələ”) yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli (“Neftçi”) və Turan Hüseynzadə (“Xəzər Lənkəran”) komandaya İrlandiya toplanışında qoşulacaq.