Hollandiyada təlim-məşq toplanışında olan Qəbələnin eyni adlı komandası bu gün növbəti sınağına çıxacaq.
İdmanxeber.com-un mıəlumatına görə, bu gün Bakı vaxtı ilə saat 22:00-da “Qəbələ” Hollandiya nəhənglərindən olan “Hereven”lə qarşılaşacaq. Yoldaşlıq görüşlərində “Arnem” klubunu 4:0, “Konyaspor”a 2:0 hesabı ilə qalib gələn və “AZ Alkmaar”a məğlub olan(0:2) “qırmızı-qaralar” bu günkü görüşdə qələbə qazanmağa çalışacaq.
26 iyul
Yoxlama oyunu
22:00. “Hereven” (Hollandiya) – “Qəbələ” (Azərbaycan)