Uzun müddətdir ki, zədəli olan Nikola Valentiç, Dieqo Silva və Omar Kalabanenin som durumuna aydınlıq gəlib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, əyalət komandasının adı çəkilən hər üç futbolçusu üçün mövsüm artıq yekunlaşıb.
Sözügedən futbolçuların zədəsi ciddi olduğundan onların mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcəyi məlum olub.
Avrokuboklar uğurunda amansız mübarizənin getdiyi bir vaxtda Syominin heyətdə geniş seçim imkanı da daralmaq üzrədi.