06 Fevral 2025
Kateqoriyasız

“Qəbələ” – PAOK matçının biletləri satışa çıxır

UEFA Avropa Liqasının Qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – PAOK qarşılaşmasının biletlərini bu gün saat 17:00-dan etibarən “Bakcell Arena”nın kassalarından əldə edə bilərsiniz.

İdmanxeber.com-un məlumatına görə, biletlər 2, 5 və 10 AZN-dir.

Qeyd edək ki, “Qəbələ” – PAOK matçı sentyabrın 17-si saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43