UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qəbələ” – PAOK matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək qarşılaşma İspaniyadan olan hakimlər briqadasına həvalə olunub.
Bakıdakı matçın baş hakimi olacaq Xavyer Estradaya həmyerliləri Miqel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü referi funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.
Xatırladaq ki, “Qəbələ” – PAOK oyunu saat 22:00-da başlayacaq.