“Qəbələ”nin Antalyada keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz 22, 25 və 29 yanvarda keçirəcəyi oyunları 23, 25 və 27 yanvarda reallaşdıracaq. Hələki, 23 yanvarda qarşılaşılacaq rəqib bəlli deyil. “Qəbələ” yanvarın 25-i Macarıstanın “Haladas”, 29 yanvarda isə Türkmənistanın “Altınesr” klubu ilə yoxlama oyunu keçirəcək.