Ölkə futbolu

“Qəbələ” PSV ilə qarşılaşacaq

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən 2-nin adı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Qırmızı-qaralar”ın qardaş ölkədə ilk yoxlama oyunu yanvarın 10-da baş tutacaq. Sözügedən matçda “Qəbələ” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Təmsilçimizin digər rəqibi isə “Vorskla” (Poltava, Ukrayna) olacaq. Həmin oyun yanvarın 17-də keçiriləcək. “Qəbələ” bundan əlavə yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43