Qazaxıstanda keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib.
İdmanxeber.com-un gabalfc.az saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin U-16 komandasının da mübarizə apardığı yarışda ilk turun iki oyunu keçirilib. “Qırmızı-qaralar”ın birinci rəqibi Almatı “Kayrat”ı olub. Famil Xəlilovun baş məşqçisi olduğu komanda yarışa böyükhesablı qələbə ilə başlayıb – 4:1. İlkin Abdullayevin dubl etdiyi qarşılaşmada “Qəbələ”nin digər qollarını Elvin İmanlı və Kamran Quliyev vurublar.
“Qırmızı-qaralar” sabah keçiriləcək II turda Almatı klublarının yığma komandası ilə qarşılaşacaq. Görüş saat 12:15-də start götürəcək. “Qəbələ” son oyununu iyunun 8-də saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək.