Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ”nin rəqiblərini hansı stadionda qəbul edəcəyi ilə bağlı suala aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” rəqiblərini “Bakcell Arena”da qəbul edəcək.
“Qarabağ”ın Tofiq Bəhrəmova adına Respublika stadionunda ev oyunlarını keçirəcəyindən “Qəbələ” məcburən “Bakcell Arena”da qalıb. Məsələ burasındadır ki, mərkəzi arenanın qazonu ideal səviyyədə deyil və arenanın tez-tez yükləmələrə tab gətirə bilməməsi bu stadionda ancaq bir komandanın çıxış edə biləcəyinə dəlalət edib. “Qəbələ” məhz bu səbəbdən daha az tamaşaçı tutumuna malik “Bakcell Arena”da rəqiblərini qəbul edəcək.
Qeyd edək ki, “Qəbələ”nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.