Premyer Liqa

“Qəbələ” – “Rəvan”: məşqçi fikirləri

Premyer Liqanın 7-ci turunun açılış oyununda “Qəbələ” doğma meydanda “Rəvan”la qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən əyalət təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirdi.

 

İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir:

 

Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi qazanılan qələbə ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da, “Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi. Oyunöncəsi məşqdə Aqil Nəbiyevin zədələnməsi də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.

 

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Yaxşı oynadıq, ilk hissədə iki qol vurduq. Hər iki hissədə hücumlarımız oldu. Meydança da əla vəziyyətdədir. 3-0 qalib gəldik, ancaq ikinci hissənin axırlarına yaxın komandamın oyunu məni qane etmədi”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43