Kateqoriyasız

“Qəbələ” “Rubin”ə sevinmək imkanı vermədi

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup” turnirində növbəti oyunlar keçirilib. 

Turnirdə iştirak edən “Qəbələ” U-12-si “Rubin”lə görüşüb və 1:1 bərabərə qalıb. “Qəbələ” bundan öncə “Yanq Talants Tim”ə 0:5 hesabı ilə uduzmuşdu.

Bu gün isə “qırmızı-qaralar” Kirov “Dinamo”su və “Baltika” ilə qarşılaşacaq. Həmin görüşlər müvafiq olaraq bizim vaxtla saat 11:40 və 13:00-dadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43