“Qəbələ” indidən transfer çalışmalarına başlayıb.
İdmanxeber.com-un məlumatına görə, əyalət təmsilçimiz qış transfer pəncərəsində heyətini “Astra”nın oyunçusu Aleksandru Dandyanı ilə gücləndirməyi planlaşdırır. Rumıniya mətbuatında çıxan xəbərlərə əsasən, “Qəbələ”nin nümayəndələri A.Dandyanın Rumıniya çempionatının 16-cı turunda “Styaua”ya qarşı 90 dəqiqə oynadığı matçı stadiondan izləyiblər. Azərbaycan klubunun rumıniyalı oyunçu üçün 15 min dollar maaş və əlavə bonuslar ödəməyə hazır olduğu iddia edilib.
Qeyd edək ki, A.Dandya 2015-ci ildən “Astra”nın şərəfini qoruyur.