06 Fevral 2025
Ölkə futbolu

“Qəbələ” sabah Türkiyəyə gedir

“Qəbələ” sabah – yanvarın 5-də günorta saatlarında təlim-məşq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda toplanış boyunca Bələk bölgəsində yerləşən “Gloria Sereniti” otelində məskunlaşacaq.  

Baş məşqçi Yuri Syomin yanvarın 5-dən 27-dək keçiriləcək hazırlıq prosesinə əvəzedici heyətdən 2 futbolçu cəlb edib. Bunlar müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimovdur.

“Qəbələ” toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. “Qırmızı-qaralar”ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidir:

13 yanvar – “Qəbələ” – “Tobol” (Qazaxıstan)

16 yanvar – “Konyaspor” (Türkiyə) – “Qəbələ”

20 yanvar – “Qəbələ” – “Spartak” Semipalatinsk (Qazaxıstan)

22 yanvar – “Qəbələ” – “Volqa” (Rusiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43