20 Yanvar faciəsinin 26-cı il dönümü münasibətilə “Qəbələ” Futbol Akademiyasının məşqçi və futbolçu heyəti Şəhidlər Xiyabanını ziyarət edib.
İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, ziyarət zamanı futbolçulara 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki önəmindən, xalqımızın həmin dönəmdə nümayiş etdirdiyi birlikdən bəhs olunub.