Kateqoriyasız

“Qəbələ” Sloveniya çempionunu məğlub etdi

Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ” klubu bu gün növbəti yoxlama matçında qüvvə\sini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubu Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gəlib.

Matç Muntyanunun rəhbərlik etdiyi “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, ilk oyunda Sloveniyanın III liqa təmsilçisi “Stoynitsa”nı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” növbəti qarşılaşmada “Koper”ə 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43