Bu gün “Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxmalıydı. Yuri Syominin yetirmələri Rusiyanın “Torpedo” komandası ilə qarşılaşacaqdı.
Lakin Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən bu qarşılaşmanın keçirilməməsinə qərar verilib.
Xatırladaq ki, buna qədər “radarlar” Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin “Konyaspor” (2:4), Rusiyanın “Volqa” (0:0) komandaları ilə qarşılaşmışdı.