Ölkə futbolu

“Qəbələ” üçün bir gündə iki sınaq

Antalyada hazırlığlarını davam etdirən “Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, ilk matçda – saat 16:00-da “qırmızı-qaralar” Türkiyə I Liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşacaq. İkinci oyunda – saat 19:00-da “Qəbələ”nin rəqibi “Vorskla” (Poltava, Ukrayna) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43